Almaniyada koronavirus qurbanlarının sayı 9 mini ötüb


Dünya 03 İyl 2020 08:59:00 164 0

Almaniyada koronavirus qurbanlarının sayı 9 mini ötüb

Almaniyada son sutka ərzində koronavirusdan daha 29 nəfərin ölümü qeydə alınıb.

Trend-in "Qazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox Universiteti məlumat yayıb.

Bir gün əvvəl isə 503 yoluxma və 9 ölüm qeydə alındığı bildirilib.

Bu günədək Almaniyada 195 674 nəfər koronavirusa yoluxub, 9 003 nəfər həyatını itirib.