''Qızım məşhur aktyorun oğlu ilə NİŞANLANDI'' Xalq artistindən AÇIQLAMA FOTO


Şou-biznes 03 İyl 2020 07:14:00 188 0

''Qızım məşhur aktyorun oğlu ilə NİŞANLANDI''  Xalq artistindən AÇIQLAMA  FOTO

Xalq artisti Zümrüd Məmmədovanın qızı, bəstəkar İlahə Qismət mərhum aktyor Fərman Şəkilinin oğlu Elvin Abdulla ilə nişanlanıb.

Son.az bildirir ki, sənətkar ''ölkə.az''-a açıqlamasında qızının nişanlanması haqqında danışıb.

''Kürəkənim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino-rejissorluq ixtisasını bitirib. Qızımın nişanlısı Türkiyədə təhsil aldığına görə elə biliblər ki, xarici vətəndaşdır. Hazırda Türkiyədə magistraturanın ikinci kursunda təhsil alır. İlk Qorxu filmini olan ''Xənnas''ın rejissorudur. Atası Fərman Şəkili məşhur mərhum aktyor olub, anası İradə Abdulla isə alimdir''. 

Qeyd edək ki, bəstəkar İlahə Qismət beş gün əvvəl karantində nişanlanıb.