Feysbuka qarşı boykot kampaniyası böyüyür


Digərləri 02 İyl 2020 23:55:00 200 0

Feysbuka qarşı boykot kampaniyası böyüyür

Feysbukun nifrət nitqləri qarşısında səssiz qalması ucbatından başladılan #StopHateforProfit (qazanc üçün nifrətə yox) kampaniyası sürətlə böyüyür.

Son.az ted.az-a istinadən bildirir ki, qeyri-hökumət təşkilatları tərəfindən start verilən kampaniyaya ən son qoşulan şirkət avtomobil nəhəngi Honda olub.

İlk olaraq The North Face-in dəstək verdiyi boykota daha sonra REI, Upwork, Patagonia və Dashlane kimi brendlər qoşulub. Ardınca Starbucks, Unilever, Verizon, Ben&Jerry's, Magnolia Pictures və Hershey firmaları da aktiv dəstək verir. Coca-Cola-nın da daxil olduğu etiraz kampaniyası Feysbuku iflasa uğratmasa da, ciddi məbləğ itirməsinə səbəb olub.

Məsələ haqqında Feysbukun Qlobal İşçi Qrupunun sədr müavini Carolyn Everson-un "hər markanın qərarına böyük sayğı duyuruq. Nifrət nitqinin silinməsi üçün ciddi iş aparmağa fokuslanmağa davam edirik" dediyi bildirilir.