Yeni iPad və iPad Mini barədə daha bir İDDİA


Digərləri 02 İyl 2020 23:50:00 223 0

Yeni iPad və iPad Mini barədə daha bir İDDİA

Texnologiya nəhəngi Apple-ın yeni iPad və iPad Mini modelləri barədə yeni iddia ortaya atılıb.

Son.az ted.az-a istinadən bildirir ki, analitik Ming-Chi Kuo təqdimat tarixi barədə açıqlama yayıb.

Ming-Chi Kuo firmanın 10,8 düymlük ekrana sahib iPad-i 2020-ci ilin sonunda, 8,5 düymlük ekrana malik iPad Mini modelini isə 2021-ci ildə satışa çıxaracağını deyib.

Qeyd edək ki, Ming-Chi Kuo-nun təxminləri demək olar ki, həmişə doğru çıxır.

Mini model xüsusən maraqla gözlənilir. Sonuncu dəfə 2019-cu ildə yenilənən modelin Pro-lar kimi incə çərçivəli dizayna keçəcəyi gözlənilir.