ABŞ Huawei ilə mübarizə aparmaq üçün Ericssonu satın almaq istəyir


Digərləri 02 İyl 2020 23:20:00 193 0

ABŞ Huawei ilə mübarizə aparmaq üçün Ericssonu satın almaq istəyir

Qlobal telekommunikasiya avadanlıqları bazarında Huawei 28% bazar payı ilə birinci yerdədir. Bundan əlavə, Çin istehsalçısı 5G patentlərində 20% paya sahibdir. Hazırda ABŞ hökuməti Çinə məlumat toplamaqda günahlandırılan Huawei-in inkişafına mane olmaq üçün əlindən gələni edir.

Son.az ted.az-a istinadən bildirir ki, təsdiqlənməmiş məlumatlara görə, ABŞ hökuməti hazırda Huawei-in əsas rəqiblərinə dəstək olmağın yollarını axtarır.

Bunun üçün ABŞ rəsmiləri Ericsson və Nokia kimi şirkətləri vəsaitlə təmin etmək, hüquqi dəstək və vergi güzəştləri verməyin yollarını müzakirə edir.

Eyni zamanda, ABŞ Huawei ilə mübarizə aparmaq üçün Ericsson-u satın almağı düşünür. Daha doğrusu, ABŞ prezidenti Donald Tramp administrasiyası, Cisco Systems kimi texnologiya sənayesinin liderlərinə Ericsson-u satın almaq üçün dəstək verməyi planlaşdırır. Bu isə heç kimə sirr olmayan məsələni ortaya çıxarır, telekommunikasiya avadanlıqları bazarı yüksək gəlirli sahə deyil. Ona görə də, bir çox Amerika şirkətinin belə bir alışa real marağı yoxdur. Çox şey hökumətin dəstəyindən və ABŞ-ın verəcəyi faydalardan asılı olacaq.

Qeyd edək ki, ABŞ nəinki ölkədə Huawei avadanlığının istifadəsini qadağan etməyə, həmçinin bütün müttəfiqlərini də bu addımı atmağa inandırmağa çalışır.