Cem Yılmaz Netflixdən narazılıq etdi


Digərləri 02 İyl 2020 22:45:00 189 0

Cem Yılmaz Netflixdən narazılıq etdi

Məşhur komediya aktyoru Cem Yılmaz Tvitter hesabında Netflix Türkiyə haqqında paylaşım edib.

Son.az ted.az-a istinadən bildirir ki, dünən Netflix-də yayımlanan "Karakomik Filmler 2" üçün elan verilmədiyini bildirən C.Yılmaz tivitində Netflix Türkiyə-ni də işarələyərək narazılığını ifadə edib: "Netflix Türkiyə-nin böyük ehtimalla xəbəri yoxdur. @netflixturkiye, əzizim, bizim filmin sizdə dünən yayımlanması lazımdı. "Tvit atma"mı deyiblər?"

"Karakomik Filmler 2" yayımlanmasından çox keçməsə də Netflix-də ilk sıralara yüksəlməyi bacarıb. Hətta Cem Yılmaz tərəfindən paylaşılan ekran görüntüsündə filmin gün ərzində Türkiyədə ən çox izlənilən film olduğu görünür.

Cem Yılmazın tvitindən sonra Netflix Türkiye-nin Tvitter hesabından paylaşım edilməyib. Hesabda sonuncu dəfə Dark serialının üçüncü mövsümü barədə paylaşım olunub.

Qeyd edək ki, "Karakomik Filmler 2" barədə Netflix Türkiyə-nin Instagram hesabında da paylaşım edilməyib.

Məsələ barədə susqunluğunu qoruyan Netflix Türkiyə hansısa açıqlama verməyib. Film isə yayımçı tərəfindən elan verilmədən belə, "Top-10 Türkiyə" siyahısında birinci olmağı bacarıb.