Starbucks tərəfindən sosial şəbəkə reklamları üçün qərar verildi


Digərləri 02 İyl 2020 22:10:00 154 0

Starbucks tərəfindən sosial şəbəkə reklamları üçün qərar verildi

Məlumdur ki, Coca-Cola tərəfindən bu yaxınlarda məhsulların rəqəmsal platformalarda tanıdılması üçün yeni bir qərar qəbul edilib. Məşhur marka ən az 30 gün ərzində heç bir sosial şəbəkə platformasında reklam məzmununu paylaşmayacaq.

Son.az ted.az-a istinadən bildirir ki, bu etirazın doğru bir strategiya olduğuna inanan Starbucks şirkəti də bu cərəyana qoşuldu.

49 illik markanın veb-saytında belə bir paylaşım edilib: "İnanırıq ki, xoş və əhatəli rəqəmsal mühit yaratmaq üçün daha çox iş görülməlidir. Siyasətçilər və iş dünyasında lider olaraq görülən insanlar həqiqi dəyişikliyə ilham vermək üçün bir araya gəlməlidirlər. "

Qeyd edək ki, bu cərəyanı nə qədər davam etdirəcəyi məlum deyil.