Meksikada zəlzələ baş verib


Dünya 02 İyl 2020 22:16:00 145 0

Meksikada zəlzələ baş verib

Meksikanın cənubundakı Oaxaka sahillərində 5.5 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Milli Seysmoloji Xidməti bildirib.

Bildirilib ki, zəlzələnin episentri Pinotepa-Nasional şəhərindən 22 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Ölkə paytaxtının bir sıra rayonlarında da zəlzələ hiss olunub, hər hansı fəsadlar qeydə alınmayıb.