Myanmada torpaq sürüşməsi 126 mədən işçisinin ölümünə səbəb olub


Dünya 02 İyl 2020 21:27:00 163 0

Myanmada torpaq sürüşməsi 126 mədən işçisinin ölümünə səbəb olub

Myanmanın şimalındakı nefrit mədənində baş verən torpaq sürüşməsi azı 126 nəfərin ölümünə səbəb olub. Mədən tullantılarının gölə sürüşməsi çox sayda işçinı palçıq və suyun altında qoyub.

Yanğınsöndürmə xidmətinin Facebook səhifəsində güclü yağışlardan sonra torpaq sürüşməsinin fəhlələrin Myanmanın Kaçin ştatındakı nefritin bol olduğu gizli Hpakant mədənində işləyərkən baş verdiyi bildirilib.

Xilasetmə işçiləri günün sonunda 126 cəsəd aşkar edib.

"Digər cəsədlər palçığın altındadır. Ölənlərin sayı artacaq" - deyə, İnformasiya Nazirliyindən Tar Lin Maunq Reuters xəbər agentliyinə telefonla bildirib.