Tokioda koronavirusa yoluxanların əksəriyyəti 2030 yaşlarda gənclərdir


Dünya 02 İyl 2020 21:28:00 172 0

Tokioda koronavirusa yoluxanların əksəriyyəti 2030 yaşlarda gənclərdir

Cümə axşamı Yaponiyanın paytaxtında COVID-19-a bir gündə 107 nəfərin yoluxduğu bildirilib. Rəsmilər bunun son iki ayda ölkədə ən yüksək rəqəm olduğunu deyib.

Tokio qubernatoru Yuriko Koike jurnalistlərə açıqlamasında son yoluxmaların çoxunun 20-30 yaşlarında insanlar arasında olduğunu bildirib və deyib ki, buna səbəb gənclərin şənlənmək üçün gecə toplaşmalarıdır.

O, işçiləri koronavirus üçün müayinədən keçməyə və sakinləri Tokionun gecə həyatı rayonuna getməməyə və virusun yayılmasında ehtiyatlı olmağa çağırıb.

Qubernator heç kimin müəssisələrin yenidən bağlanmasını istəmədiyini deyib və sakinləri əməkdaşlığa çağırıb.

Hökümət rəsmiləri yoluxmanın artdığını etiraf edib. Lakin onlar Tokionun əyləncə bölgəsindəki işçilər arasında testlər artırıldığı üçün testlər işçilərin çoxuna diaqnoz qoyulduğunu bildirib.