ABŞda Müstəqillik Günü tədbirləri təxirə salınıb


Dünya 02 İyl 2020 21:29:00 166 0

ABŞda Müstəqillik Günü tədbirləri təxirə salınıb

Müstəqillik Günü Amerikanın ən möhtəşəm və təntənə ilə qeyd olunan bayramlarından biridir.

Lakin ABŞ-ın bir çox şəhərində adətən iyulun 4-də keçirilən ənənəvi parad, atəşfəşanlıq və şənliklərin əksəriyyəti bu il koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Boston, Los-Anceles və Çicaqo kimi böyük şəhərlərdə atəşfəşanlıq ləğv edilib.

Bu həftə Nyu-York müxtəlif yerlərində hər gecə qısa atəşfəşanlıq olub, lakin çox sayda insanın harada və nə vaxt toplaşdığı barədə məlumat verilməyib. Müstəqillik Günü Empire State binasında möhtəşəm görüntü ilə qeyd ediləcək.

Vaşinqton şəhəri Amerikanın ilk prezidenti Corc Vaşinqtonun tarixi evi olan Mount Vernon-da atəşfəşanlıq tədbirini iyulun 4-dən, Müstəqillik Günündən əvvəl keçilməsinə qərar verib.

Pandemiya dövründə çox sayda insanın bir araya gəlməsi narahatlıqlarına baxmayaraq, prezident Donald Tramp və birinci xanım Melania Tramp Müstəqillik Günündə musiqi, hərbi parad və uçuşlarla ölkənin paytaxtında "2020 - Amerikaya salam" proqramına ev sahibliyi edəcək.