Koronavirus testi müsbət çıxmış şəxs neçə gün evdə qalmalıdır?


Digərləri 02 İyl 2020 21:35:00 281 0

Koronavirus testi müsbət çıxmış şəxs neçə gün evdə qalmalıdır?

Hər hansı simptomdan sonra və ya özünü yoxlamaq üçün koronavirus testindən (istər özəl, istərsə dövlət xətti ilə) keçmiş şəxs əgər testin cavabı müsbət çıxarsa, test cavabı çıxan gündən başlayaraq 18-21 gün özünü təcrid etməlidir.

Özünütəcrid ya xəstəxanada, ya da evdə olmalıdır. Xəstə başqa yerdə tək gedib qala da bilər. Bu barədə o son 1 həftədə ünsiyyətdə olduğu insanlara məlumat verməli, gizlətməməlidir. Evdə olarkən o marketə, aptekə, digər yerlərə getməməlidir.

Əgər ağciyərlərində simptom, boğulma, təngnəfəslik, öskürək olarsa, ağciyərlərin KT müayinəsini çəkdirə bilər.

Koronavirus testi mənfi çıxmış, amma xəstəliyin bir çox simptomlarını keçirən şəxs də bu barədə poliklinika və təcili yardıma məlumat verməli, ünsiyyətdə olduğu insanları xəbərdar etməli, özünü 21 gün təcrid etməlidir.

Bu müddət ərzində bu şəxslərin istər qohum, istər yad insanla yaxından görüşü, danışmağı, əl verməyi, öpüşməyi və s.qəti qadağandır.