Trampın tvitləri özünə qarşı istifadə oluna bilər


Digərləri 02 İyl 2020 21:10:00 153 0

Trampın tvitləri özünə qarşı istifadə oluna bilər

ABŞ sakinlərinin bir qismi hazırkı prezident Donald Tramp seçkidə qalib gəlməsin deyə maraqlı aksiyaya başlayıblar. Onlar prezidentin Tvitter sosial şəbəkəsində paylaşılacaq hər bir tweet yerinə pul ödəyəcəklər.

Son.az ted.az-a istinadən bildirir ki, vəsaitlər afromerikalıların 15 siyasi təşkilatını birləşdirən xüsusi bir fonda köçürüləcəkdir.

Aksiya "Defeat by Tweet" adlanır və demokratik fəalların siyasi fəaliyyət komitəsi tərəfindən başladılıb. Onlar bu üsulla prezidentin Tvitterdəki fəaliyyətini özünə qarşı çevirməyi planlaşdırırlar.