Aktyor sevgilisini döyüb bu hala qoyubmuş


Digərləri 02 İyl 2020 19:12:00 147 0

Aktyor sevgilisini döyüb bu hala qoyubmuş

Aktyor Ozan Güvənin bir müddətdir eşq yaşadığı Dəniz Bulutsuzu döyməsi xəbəri gündəmdən düşmür.

Son.az axşam.az-a istinadən bildirir ki, Dəniz vəkili Mustafa Kurtuluş vasitəsilə sevgilisini məhkəməyə verib. O, şikayət ərizəsində Ozanı "Qəsdən öldürməyə təşəbbüs", "Təhqir"də günahlandırıb.

Qeyd edək ki, Dəniz və Ozan iyunun 12-də dostları ilə yemək yedikdən sonra onların evinə gedib. Söhbət zamanı Bulutsuzun keçmiş sevgilisindən söhbət açılıb, Ozan hər kəsin yanında onu təhqir edib. İkili arasındakı mübahisə evə getdikdən sonra daha da şiddətlənib. Bulutsuz Güvənin əlindəki qırıq şüşəni almaq istəyərkən çənəsindən yaralanıb. Evdən qaçmağa çalışan Bulutsuza aktyor mane olmaq istəyib. Dəniz sənətçinin onu saçlarından tutaraq divara vurduğunu bildirib. Evdən qan içində və ayaqyalın qaçmağı bacardığını deyən Bulutsuz sürücünün onu bir dostunun evinə apardığını əlavə edib.

Bulutsuzun şikayətindən sonra Ozan Güvən də həkimdən döyüldüyünü təsdiq edən kağız alıb. O bildirib ki, ayrılmaq istədiyi üçün sevgilisi belə bir oyun qurub: