"Volvo" 2 milyondan çox avtomobili geri çağırıb


Digərləri 02 İyl 2020 19:57:00 140 0

"Volvo" 2 milyondan çox avtomobili geri çağırıb

"Volvo" şirkəti bir neçə ölkədən 2 milyondan çox avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu, şirkətin 93 illik tarixi ərzində ən yüksək rəqəmdir.

Bu qərar ön oturacaqların təhlükəsizlik kəmərlərinin bərkitmə trosunda aşkar olunan problemlə əlaqədar qəbul edilib.

Geri çağırılma 2006-cı ildən 2019-cu ilədək istehsal olunmuş S60, S60L, S60CC, V60, V60CC, V70, XC60, XC70, S80 və S80L modellərinə şamil olunub.