Qalmaqallı "Altın kelebek" yenidən gündəmdə


Şou-biznes 02 İyl 2020 19:36:00 172 0

Qalmaqallı "Altın kelebek" yenidən gündəmdə

46-cı "Altın kelebek" mükafatları gecəsinin keçiriləcəyi tarix açıqlanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, mükafatlandırma gecəsi iyulun 5-də baş tutacaq. Bu dəfə isə məşhurlarımız istanbula gedə bilməyəcəklər. Tədbir onlayn keçiriləcək.

Həftənin bazar günü axşam Çağla Şıkel və Cem Davranın aparıcılıq etdiyi tədbirdə məşhur simalar mükafat alıb-almadıqlarını öyrənə biləcəklər.

Azərbaycan da isə proqram saat 22:00-da "Xəzər TV"də yayımlanacaq.

Qeyd edək ki, mükafatlandırma gecəsi sonuncu dəfə Türkiyənin Suriya ilə sərhəddində xeyli sayda əsgərin öldürülməsinə görə təxirə salınmışdı. Azərbaycanı təmsil etmək üçün Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, həmçinin, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva Türkiyəyə getmişdi.