Yakutiyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib


Dünya 02 İyl 2020 18:06:00 175 0

Yakutiyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Rusiyanın Yakutiya Respublikasında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Son.az Trend-ə istinadən bildirir ki, daha təhlükəli meşə yanğınları Abıysk və Nijnekolımsk rayonlarında qeydə alınıb.

Ümumilikdə, respublika ərazisində 1519 hektar ərazidə 30 meşə yanğını davam edir.

Yanğınların qarşısının alınması üçün çoxlu sayda texnika cəlb olunub.