Koronavirusa yoluxan Nursultan Nazarbayev sağalıb


Dünya 02 İyl 2020 17:42:00 166 0

Koronavirusa yoluxan Nursultan Nazarbayev sağalıb

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə sabiq Prezidentin mətbuat katibi öz "Twitter" səhifəsində yazıb.

Məlumata əsasən, N.Nazarbayevin təkrar verdiyi test mənfi nəticələnib. Həkimlərin tövsiyəsinə əsasən o, özünütəcrid rejimini davam etdirəcək.

Qeyd edək ki, N.Nazarbayev iyunun 18-də koronavirusa yoluxmuşdu. Onun xəstəliyinin simptomsuz keçdiyi məlumat verilmişdi. Bu müddət ərzində o, həkimlərin nəzarətində olub.