“Bizi birləşdirn mədəniyyət” layihəsinin bu dəfəki buraxılışı növbəti dəfə gənclərə həsr olunub


Kriminal 02 İyl 2020 17:36:00 185 0

“Bizi birləşdirn mədəniyyət” layihəsinin bu dəfəki buraxılışı növbəti dəfə gənclərə həsr olunub

"Bizi birləşdirn mədəniyyət" layihəsinin bu dəfəki buraxılışı növbəti dəfə gənclərə həsr olunub.

Verilişin qonaqları VI Muğam Televiziya Müsabiqəsinin iştirakçısı Məftun Məmmədov, gənc qrafik rəssam Tural Hüseyn, xanəndə Gülzar Fərəcova olub.

Məftun Məmmədov müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb. Dərs aldığı müəllimləri, muğam sənətə sevgisindən söz açıb. Bildirib ki, hər bir gənc səhnədə məsuliyyətini hiss etməlidir. Tural üseyn "Rənglənmiş tarix" layihəsi ilə bağlı məlumat verib. Layihənin ərsəyə gəlməsi, cəmiyyətin bu layihəyə marağından söz açıb. Gülzar Fərəcova muğam televiziya müsabiqəsindən bu günə kimi fəaliyyətindən söz açıb. Verilişin iştirakçısı olan gənc istedadlar yaradıcılıq uğurlarını tamaşaçılarla bölüşüblər.

Qeyd edək ki, "Bizi birləşdirən mədəniyyət" verilişi həftəiçi saat 19:00-da BMM dən canlı olaraq tamaşaçılarla görüşə gəlir.