Paytaxtda karantin postları tam yığışdırılmayıb


Digərləri 02 İyl 2020 16:54:00 154 0

Paytaxtda karantin postları tam yığışdırılmayıb

Daxili İşlər Nazirliyi Bakıda əksər küçə və prospektlərdə karantin postlarını yığışdırsa da, hazırda bəzi ərazilərdə yoxlamalar aparılır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Atatürk prospektinin "Gənclik" metrostansiyası istiqamətində yolda karantin postu quraşdırılıb və avtomobillər yoxlanılır.

Məlumata görə, paytaxtın əksər yerlərində postlar götürülsə də, bundan başqa daha bir neçə yerdə yoxlamalar davam etdirilir.