CBC telekanalının 8 əməkdaşı koronavirusa yoluxdu


Digərləri 02 İyl 2020 16:18:00 189 0

CBC telekanalının 8 əməkdaşı koronavirusa yoluxdu

"COVİD 19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində CBC telekanalının baş direktoru Vüqar Xəlilovun təşəbbüsü ilə CBC TV-nin əməkdaşları planlı surətdə tanınmış klinikaların birində koronavirusuna dair test analizi veriblər. Şirkətin 200-dək əməkdaşı arasında yalnız 8 nəfərdə testin cavabı pozitiv olub".

Son.az bildirir ki, bu barədə CBC TV-nin açıqlamasında deyilir.

Məlumatda qeyd edilib ki, həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər: "CBC TV rəhbərliyi həmin şəxslərin vəziyyətini daim nəzarətdə saxlayacaq.

Şirkətin baş direktoru Vüqar Xəlilovun da analiz nəticəsi neqativdir və o, iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətini davam etdirir. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur.