CARda neft emalı zavodunda partlayış olub, ölənlər var


Dünya 02 İyl 2020 16:06:00 146 0

CARda neft emalı zavodunda partlayış olub, ölənlər var

Cənubi Afrika Respublikasının Keyptaun şəhərində neft emalı zavodunda partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı iki nəfər həlak olub. Daha bir neçə nəfərin yaralandığı deyilir.

Partlayışdan sonra zavodda yanğın başlayıb. Yanğının qarşısı qısa müddətdə alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.