"Türkiyədə Günel və Tunardan başqa müğənnimizi tanımırlar"


Şou-biznes 02 İyl 2020 16:00:00 173 0

"Türkiyədə Günel və Tunardan başqa müğənnimizi tanımırlar"

"Türkiyədə bizim müğənnilərdən Günel və Tunarı tanıyırlar. Başqaları gedirlər, başlayırlar danışmağa elə etdim, yaratdım. Maraqlıdır, kimi tanıdılar?".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "5/5" verilişində deyib. Müğənni Türkiyədə tanınmağa çalışan sənət adamlarından danışıb. O bildirib ki, Günel Zeynalova və Tunar Rəhmanoğludan başqa heç kim qardaş ölkədə məşhurlaşa bilməyib:

"Bir də Üzeyir Mehdizadənin qarşılanmasını gördüm. Fəxr etdim... Güneli orada 13 yaşından tanıyırlar. O qız təpədən dırnağa qədər musiqidir.

Türklər bizi sevmir, musiqimizi bəyənirlər. Bizim müğənnilər güclüdür, onlar da xoşlamırlar. Türklər bura gələndə onları yüksək tuturuq. Sosial şəbəkədə belə şərh yazanda mənimlə dalaşırlar".