Polşa və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilərlər


Siyasət 02 İyl 2020 15:12:00 160 0

Polşa və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilərlər

Polşa və Azərbaycan külək enerjisi, bioyanacaq və günəş enerjisi istehsalı sahəsində əməkdaşlıq edə bilərlər.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Polşa Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Polşa bərpa olunan enerji mənbələri və yaşıl texnologiyalar sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir:

"Ölkə qazıntı yanacaqlarının tədarükünü şaxələndirir və enerji balansımızda bərpa olunan enerji mənbələrinin payı durmadan artır. Əksər şirkətlərimiz maraqlı texnologiyalar hazırlayıb ki, bunlar Azərbaycanda bir çox şirkət və müəssisəni maraqlandıra bilər".

Nazirlikdən bildiriblər ki, Polşa iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün potensial görür:

"Şirkətlər bu cür əməkdaşlığı öz iqtisadi dəyərləndirmələri əsasında inkişaf etdirməlidir. Biz Azərbaycanla Aİ arasında vacib halqaya çevrilən və əməkdaşlığı stimullaşdıran "Cənub Qaz Dəhlizi" layihəsinin gələcək inkişafını dəstəkləyirik. Biz ölkəmizə enerji tədarükünü şaxələndirməyə çalışırıq".