Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu


Dünya 02 İyl 2020 13:24:00 161 0

Ermənistanda daha 593 nəfər koronavirusa yoluxdu

Ermənistanda koronavirusa yoluxanların sayı 26 658 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 593 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 459 nəfər koronavirusdan ölüb, 11 010 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.