Şəkidə I qrup əlili öldürən şəxsin məhkəməsi başlayır
Digərləri 02 İyl 2020 13:06:00 168 0
Şəkidə I qrup əlili öldürməkdə təqsirli bilinən Orxan Yusiflinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Son.az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.
İttihama görə, bu il yanvarın 29-da, saat 20 radələrində Şəki şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1976-cı il təvəllüdlü, 1-ci qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə məlumat daxil olub.
Dərhal prokurorluq, polis əməkdaşlarının və məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb, müvafiq ekspertizalar təyin edilib.
Təxirəsalınmaz istintaq tədbirləri ilə hadisənin şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Yusifli tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Orxan Yusifli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Müəyyən edilib ki, Orxan Yusifli dostu İlkin Məmmədzadə ilə birlikdə qətli törətməyə qabaqcadan razılığa gəliblər.