Myanmada torpaq sürüşməsi olub


Dünya 02 İyl 2020 12:00:00 165 0

Myanmada torpaq sürüşməsi olub

Myanmanın şimalındakı Kaçin ştatında, nefrit mədənində torpaq sürüşməsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 113 nəfər həlak olub.

Çoxlu sayda itkin düşənlərin olduğu deyilir. Sürüşməyə aramsız leysan səbəb olub.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Ölü sayının artacağı istisna olunmur.