Lerikdə maşın dərəyə yuvarlanıb,


Digərləri 02 İyl 2020 10:12:00 186 0

Lerikdə maşın dərəyə yuvarlanıb,

Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.

Son.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. "UAZ" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Yaralanan 2 nəfərdən biri uşaqdır. Uşaq Lerik Rayon Mərkəzi Xəstəxanasındadır, vəziyyəti orta-ağırdır.

Digər yaralı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır.

Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.