Koronavirusun kabusa çevrildiyi 3 ÖLKƏ


Dünya 02 İyl 2020 11:03:00 178 0

Koronavirusun kabusa çevrildiyi 3 ÖLKƏ

Yeni növ koronavirus (COVİD-19) infeksiyası səbəbindən son 24 saatda Brazilyada 1038, Meksikaa 741, Hindistanda isə 434 nəfər dünyasını dəyişib.

Braziliya Səhiyyə Nazirliyinin açıqlamasına görə, 1038 nəfərin həyatını itirməsiylə ölkədə koronavirusdan ölənlərin sayı 60 min 632-yə, yoluxma sayı isə 46 min 712 nəfər artaraq 1 milyon 448 min 753-ə yüksəlib.

COVİD 19-UN LATIN AMERİKADAKI MƏRKƏZİ

Təxminən 46 milyon insanın yaşadığı, Braziliyanın ticarət mərkəzi olan San-Paulo şəhəri, 289 min 935 yoluxma və 15 min 030 ölüm hadisəsi ilə ölkənin virusdan ən çox zərər çəkən bölgəsi olaraq önə çıxır.

San-Paulodan sonra COVİD 19-dan ən çox zərər çəkən ikinci şəhər Rio de Janeiroda isə 10 min 198 insanın ölümünə səbəb olan virus, 115 min 278 nəfərə yoluxub .

Əhalisinin sayı 211 milyondan çox olan Braziliya, Latın Amerikasında "Koronavirusun mərkəzi" kimi qeyd edilir.

Brazilya ölü sayında İngiltərəni geridə qoyaraq dünyada ABŞ-dan sonra ən çox COVİD 19-dan ölüm və yoluxmanın baş verdiyi ölkə olub. 

Brazilyanın Coğrafya və Statistika İnstitutu may ayında 4,2 milyon insanda dad, qoxu hiss etməmək, öksürək və yüksək temperatur kimi COVİD-19 virusunun əlamətləri olan simptomların müəyyən edildiyini açıqlayıb.

MEKSİKADA 28 MİN 510 NƏFƏR ÖLDÜ

Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son 24 saatda COVİD-19 virusundan ölənlərin sayı 741 nəfər artaraq 28 min 510-a çatıb. Koronavirusa yoluxma sayı isə 5 bin 681 artmaqla 231 min 770-ə yüksəlib.

Ölkədə bu günə qədər COVİD-19 virusuna yoluxanlardan 138 min 319 nəfər sağalıb.

Meksikada koronavirus səbəbindən dünyasını dəyişənlərin günlük sayı ilk dəfə 27 mayda 500-ü keçmişdi.

Ölkədə yoluxma ilk dəfə 28 fevralda aşkar edilmiş, 19 martda da ilk dəfə bir insan virusdan dünyasını dəyişmişdi.

HİNDİSTANDA 17 MİN 834 İNSAN ÖLDÜ

Hindistan Səhiyyə Nazirliynin açıqlamasına görə, ölkədə daha 434 nəfərin koronavirusdan dünyasını dəyişməsiylə COVİD 19-dan ölənlərin sayı 17 min 834-ə yüksəlib.

Hindistanda son 24 saatda 19 min 148 yeni yoluxma faktı aşkar edilib, ümumi yoluxanların sayı 604 min 641-ə yüksəlib. İndiyə qədər Hindistanda virusa yoluxan 359 min 860 nəfər isə sağalıb.

Qeyd edək ki, Hindistan hazırda dünyada COVİD 19-a ən çox yoluxmanın qeydə alındığı 4-cü ölkədir.

Təhməz Təkin Son.az