Tanınmaz hala düşən Di Kaprionu sevgilisi ələ verdi


Digərləri 02 İyl 2020 11:30:00 170 0

Tanınmaz hala düşən Di Kaprionu sevgilisi ələ verdi

45 yaşlı Hollivud ulduzu Leonardo Di Kaprio paparazzilərin diqqətini xoşlamır. Bu səbəbdən pandemiya dövründə sevə-sevə maska taxır.

Obrazına sevimli qara beysbol papağını və kapüşonlu sviteri əlavə edən aktyor bu görkəmdə kütləyə qarışaraq tanınmaz hala gəlir. Ancaq gözəl sevgilisi Kamila Morrone onu ələ verir.

Son.az oxu.az-a istinadən bildirir ki, cütlük bu yaxınlarda Malibuda görüntülənib.