“MediaTek MT6853” çipi 100 dollarlıq “5G” dəstəkli smartfonlar yaratmağa imkan verəcək


Digərləri 02 İyl 2020 08:41:00 141 0

“MediaTek MT6853” çipi 100 dollarlıq “5G” dəstəkli smartfonlar yaratmağa imkan verəcək

"MediaTek" şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilkin səviyyəli smartfonlar üçün prosessorun buraxılışına hazırlaşır.

Son.az ictnews.az-a istinadən bildirir ki, söhbət "MT6853" kod adlı çipdən gedir. Prosessorun xüsusiyyətləri hazırda açıqlanmasa da, onun orta səviyyəli imkanlara malik olacağı məlumdur. Çipin başlıca fərqləndirici cəhəti inteqrasiya edilmiş "5G" modemin mövcudluğundadır.

Bildirilir ki, "MediaTek MT6853" platformalı ilk smartfonların qiyməti 140 dollar təşkil edəcək. Bundan başqa, gələcəkdə 120-100 dollarlıq qurğuların yaradılacağı gözlənilir. Beləliklə, satışa "5G" dəstəkli ucuz modellər çıxarılacaq.

"MT6853" prosessorunun və onun əsasında ilk qurğuların rəsmi təqdimatının yaxın vaxtlarda - bu ilin üçüncü rübündə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, "MediaTek" şirkəti "5G" çiplər istiqamətini aktiv inkişaf etdirir. Proqnozlara görə, şirkət 2020-ci ildə "5G" dəstəkli smartfonlar üçün 80 milyon prosessor satacaq. Bu ehtimalların özünü doğruldacağı təqdirdə "MediaTek" beşinci nəsil mobil rabitə şəbəkələrində işləmək imkanına malik qurğular üçün dünya mobil çiplər bazarında 40 faiz paya sahib çıxacaq.