Ərdoğanla və Merkel arasında telefon danışığı olub


Dünya 02 İyl 2020 03:35:28 136 0

Ərdoğanla və Merkel arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Rəcəb Tayyib Ərdoğan və Angela Merkel

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr üzrə İdarəsi bildirib.

Məlumata görə, tərəflər regional problemləri, ilk növbədə Liviya və Suriyadakı proseslərin inkişafını müzakirə ediblər.

Liderlər həmçinin yeni koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Danışıqların gedişatında ikitərəfli əlaqələrin vəziyyətinə aid olan məsələlərə də toxunulub.