Türkiyədə koronavirusdan sağalanların sayı 175 min nəfəri ötüb


Dünya 01 İyl 2020 22:10:00 274 0

Türkiyədə koronavirusdan sağalanların sayı 175 min nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 150 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 192 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 201 098 nəfərə çatıb.