Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə qurtardı - YENİLƏNİB


Dünya 01 İyl 2020 22:03:00 246 0

Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə qurtardı - YENİLƏNİB

Moskvada və Rusiyanın çox hissəsində ölkə Konstitusiyasına düzəlişlər üzrə səsvermə qurtarıb.

Rusiyada Konstitusiyaya düzəlişlər üzrə səsvermə başa çatıb, ölkənin qərbindəki - Kalininqrad diyarındakı sonuncu seçki məntəqələri Bakı vaxtı ilə saat 22:00-da bağlanıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

***21:46

Moskvada və Rusiyanın çox hissəsində ölkə Konstitusiyasına düzəlişlər üzrə səsvermə qurtarıb.

“Report”un Rusiya bürosu xəbər verir ki,Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsasənyerli vaxtla saat 20:00-da seçici fəallığı 64,99% təşkil edib, onlardan 71,99%-i dəyişikliklərin lehinə səs verib.

Qeyd edək ki, ölkədə ilk olaraq Kamçatka diyarı və Çukotsk muxtar dairəsində səsvermə başa çatıb. Bir saat sonra isə Kalininqrad vilayətində seçki məntəqələri bağlanacaq.

Xatırladaq ki, səsverməyə 206 düzəliş çıxarılıb. Onlar Dövlət Dumasının deputatları artıq düzəlişləri qəbul ediblər, Konstitusiya Məhkəməsi isə düzəlişləri qanuni elan edib.