"Qələt edib banka kreditə girdim. adıma maşın var, gəlib əlimdən alacaqlar"


Şou-biznes 01 İyl 2020 18:23:00 399 0

"Qələt edib banka kreditə girdim. adıma maşın var, gəlib əlimdən alacaqlar"

Müğənni Səidə Sultan kreditini ödəyə bilməməkdən şikayətlənib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda İnstaqramda canlı yayımda deyib. O bildirib ki, aylardır gəliri yoxdur və bankın pulunu ödəyə bilmir:

"Əvvəl iş var idi, hər ay kreditimi ödəyirdim. Hər ay 530 manat kredit verməliyəm, ödəyə bilmirəm. Bezdiriblər... Getdim banka, dözə bilmirdim. Az qalsın dava edəcəkdim. Deyirəm ki, vaxt verin, sentyabra qədər dondurun. Demirəm ki, keçin bunu mənə, ömürlük pulunuzu yeyəcəm. İşim açılanda verəcəm. Deyirlər ki, olmaz, elə şey yoxdur.

Qələt edib banka girdim. Kimə müraciət edim, kim üçün ağlayım. Uzağı adıma bir maşın var, gəlib əlimdən alacaqlar".