Hindistanda isitilik elektrik stansiyasında partlayış olub,
Dünya 01 İyl 2020 18:05:00 389 0
Hindistanın cənubundakı Tamilnad ştatında isitilik elektrik stansiyasında partlayış baş verib.
Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 4 nəfər həlak olub. Daha 13 nəfər isə yaralanıb.
Qeyd olunur ki, hadisə maye dolu çənin partlaması nəticəsində baş verib. Partlayışla bağlı araşdırma aparılır.
Hadisə yerində xilasedicilər işləyir.
Mənbə: milli.az