"Yerimə kim olsaydı intihar edərdi"


Şou-biznes 01 İyl 2020 17:17:00 436 0

"Yerimə kim olsaydı intihar edərdi"

"İşim yoxdur, pul qazanmıram. İnstaqramda nəsə reklam edirəmsə, ondan pul alıram. Mənim adımı çəkib reklam olmaq istəyirsinizsə, əvvəlcə deyin. Sivil formada sizi reklam edim. Məni də dinləyib, sevənlər var. Facebook-da daha aktivəm və real izləyicim çoxdur. İnstaqramdan fərqli olaraq, orada real şərhlər yazılır. İnsanların məni qəbul etməsi, sevməsi üçün əziyyət çəkmişəm. Kimsə gəlib məni gözdən salmaq üçün nəsə deyirsə, haqsızlıqdır".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri "Ən yaxşısı" verilişində deyib. Sənətçi ünvanına deyilən tənqidlərdən, böhtanlardan bəhs edib. Nura bildirib ki, son günlər şəxsi həyatı ilə bağlı paylaşdığı arxiv fotoların səbəbi şayiələrin qarşısını almaqdır:

"Səhnəyə 2004-cü ildən gəlmişəm: ayağımın altın qazanlar, şər atanlar, tədbirlərdən buranlar olub. Mənim qarşılaşdığım problemləri başqası görsəydi, dözməzdi. Anam dəfələrlə mənə görə kimlərləsə üz-göz olub, əziyyət çəkib. Heç kimə pislik etmirəm. Mənə qarşı niyə belə haqsızlıqlar olmalıdır?

Yaxşılıq etdiklərim belə məni işdən burublar. Haqqımda deyilən şayiələr dözüləsi deyil. Kim olsaydı intihar edərdi. Ona görə indi başlamışam ailə qurduğum şəxslərin fotosunu paylaşmağa, şərhlərin qarşısını almağa".