Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kan Beynəlxalq Kino Festivalının rəhbərliyinə etiraz məktubu göndərib


Digərləri 01 İyl 2020 16:21:00 159 0

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kan Beynəlxalq Kino Festivalının rəhbərliyinə etiraz məktubu göndərib

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Fransanın Azərbaycandakı səfiri Zakari Qrossa və Kan Beynəlxalq Kino Festivalının rəhbərliyinə etiraz məktubu göndərib.

Son.az xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bu barədə Trend-ə açıqlamasında bildirib ki, "2020-ci ildə keçiriləcək 73-cü Beynəlxalq Kann Kinofestivalına təqdim olunan filmlər arasında erməni rejissoru Nora Martirosyanın çəkdiyi "Əgər külək əsərsə" ("Si Le Vent Tombe") filmindəki hadisələr Azərbaycanın işğal altındakı torpaqlarında, qondarma Dağlıq Qarabağ Respublikasında cərəyan edir və bütövlükdə bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissinin gücləndirilməsinə xidmət edir. Bu üzdəniraq filmin sonralar Venesiyada, Nyu-Yorkda, Dovildə, Torontoda, San-Sebastyanda, Anqulemdə, Pusan və Lionda nümayişi nəzərdə tutulur. Göründüyü kimi, bu kino lentinin yaradıcıları xalqlar arasında düşmənçiliyi daha da qızışdırmaq üçün filmin yayılma arealını genişləndirmək və Azərbaycana, öz doğma torpaqlarına dönmək həsrəti ilə yaşayan xalqımıza qarşı nifrət hissini artırmaq niyyətlərini heç də gizlətmək istəmirlər".

"Bu baxımdan Respublika Kinematoqrafçılar İttifaqı dünya dövlətləri, BMT və Beynəxalq Təşkilatlar tərəfindən tanınmayan qondarma rejimin bədnam ideoloji niyyətlərini Fransa ictimaiyyətinə və digər ölkələrin vətəndaşlarına sırımaq məqsədi güdən filmin Kann Festivalında nümayişinin baş tutmaması üçün əlindən gələni əsirgəməyəcək. Kinoittifaq İdarə heyəti bununla bağlı həm Fransanın Azərbaycandakı səfirliyinə eyni zamanda Kan Beynəlxalq Film Festivalının rəhbərliyinə etiraz məktubunu bu məzmunda göndərmişik. Ümidvarıq ki, biz istəyimizə nail ola biləcəyik", - deyə Əli Vəliyev bildirib.

Bakının bəzi ərazilərində polis postları götürüldü like
  • 01 İyl 16:19  
Sosial Bakının bəzi ərazilərində polis postları götürüldü

Bakıda sərtləşdirilmiş karantin rejimi üçün nəzərdə tutulan polis pos

arrow Ətraflı
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edildi  SƏRƏNCAM like
  • 01 İyl 16:19  
Siyasət Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edildi SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

arrow Ətraflı
İraq hökuməti humanitar yardıma görə Azərbaycan tərəfinə minnətdarlıq edib like
  • 01 İyl 16:18  
Siyasət İraq hökuməti humanitar yardıma görə Azərbaycan tərəfinə minnətdarlıq edib

İraqın Xarici İşlər və Səhiyyə nazirlikləri koronavirus infeksiyasını

arrow Ətraflı
Seyfulla Əzimov general-leytenant oldu - SİYAHI like
  • 01 İyl 16:17  
Siyasət Seyfulla Əzimov general-leytenant oldu - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

arrow Ətraflı
Bakıda bəzi yerlərdə polis postları götürüldü like
  • 01 İyl 16:16  
Digərləri Bakıda bəzi yerlərdə polis postları götürüldü

Bakıda sərtləşdirilmiş karantin rejimi üçün quraşdırılan polis postla

arrow Ətraflı
İranda karantin rejimi sərtləşdirilib like
  • 01 İyl 16:15  
Dünya İranda karantin rejimi sərtləşdirilib

İyulun 1-dən başlayaraq paytaxt Tehran şəhəri ilə yanaşı, İranın 11 v

arrow Ətraflı
Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib - SƏRƏNCAM like
  • 01 İyl 16:14  
Siyasət Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev&Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

arrow Ətraflı
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur" like
  • 01 İyl 16:11  
Siyasət Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur"

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasın

arrow Ətraflı
Xaricdə doktoranturaya sənəd verən 67 namizədin 45i müsahibə mərhələsinə buraxılıb like
  • 01 İyl 16:09  
Digərləri Xaricdə doktoranturaya sənəd verən 67 namizədin 45i müsahibə mərhələsinə buraxılıb

"Azərbaycan gənclərində xaricdə doktorantura təhsili almağa maraq va

arrow Ətraflı
Şamaxıda koronavirus xəstələrinin tullantılarının atılması ilə bağlı açıqlama like
  • 01 İyl 16:08  
Sosial Şamaxıda koronavirus xəstələrinin tullantılarının atılması ilə bağlı açıqlama

Şamaxı rayonunun Göylər kəndi ərazisinə koronavirus xəstələrinin tulla

arrow Ətraflı
Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi təsdiqləndi like
  • 01 İyl 16:07  
Siyasət Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Res

arrow Ətraflı
Xaricdə təhsil alan tələbələrə təqaüdlər bu halda veriləcək like
  • 01 İyl 16:05  
Digərləri Xaricdə təhsil alan tələbələrə təqaüdlər bu halda veriləcək

"Xaricdə təhsil alan tələbələrə təqaüdlərin ödənilməsi üçün

arrow Ətraflı