Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi təsdiqləndi


Siyasət 01 İyl 2020 16:07:00 335 0

Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qanunla 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi təsdiq edilir.