Gürcüstanda vitse-spikerlərin sayı azaldılır


Dünya 01 İyl 2020 15:16:22 338 0

Gürcüstanda vitse-spikerlərin sayı azaldılır

Gürcüstan parlamentinin sədr müavinlərinin sayı 7 nəfərdən 5 nəfərədək azaldılır.

Gürcüstan parlamentinin sədr müavinlərinin sayı 7 nəfərdən 5 nəfərədək azaldılır.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı qanunverici orqanın prosedurlar qaydasına düzəlişlər edilib.

Düzəlişləri üçüncü oxunuşda 89 deputat dəstəkləyib.

Fraksiyaların formalaşdırılması üçün də qaydalar yenilənib. Bundan sonra ən azı 7 deputat fraksiya yaratmaq hüququna malik olacaq.

Bundan başqa, parlament azlığı statusu ləğv edilir. Qanunverici orqanda parlament çoxluğu və parlament müxalifəti olacaq.