Nazir: "Pandemiya bir çox planlarımızın təxirə düşməsinə səbəb oldu"


Sosial 01 İyl 2020 15:06:55 665 0

Nazir: "Pandemiya bir çox planlarımızın təxirə düşməsinə səbəb oldu"

Təhsil naziri Ceyhun Bayramov Respublika fənn olimpiadalarının qaliblərini təbrik edib.&

© Report — Təhsil naziri Ceyhun Bayramov

Təhsil naziri Ceyhun Bayramov Respublika fənn olimpiadalarının qaliblərini təbrik edib.

"Report" Təhsil Nazirliyinə istinadən təbrik mətnini təqdim edir:

"Əziz Respublika fənn olimpiadalarının qalibləri,

Sizi qazandığınız uğur münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək təhsilinizdə sizə yeni nailiyyətlər arzu edirəm.

Mövcud pandemiya şəraiti bir çox planlarımızın, görəcəyimiz işlərin təxirə düşməsinə səbəb oldu. Amma biz bu şəraitdən də müəyyən çıxış yolları tapdıq. Pandemiya dövründə yaşanan çətin günlərdə qazandığınız uğurlar bizi çox sevindirdi. Şübhəsiz ki, uğurlara sahib olmağınızda yüksək fədakarlıq göstərən müəllimlərimizin əməyi də danılmazdır. Bu günlərdə mövcud imkanlar səfərbər edildi, hər kəs təhsilimiz üçün böyük səy göstərdi.

Ölkəmizin sizin kimi parlaq zəkaya sahib övladlarının olduğunu bilmək gələcəyə inamımızı daha da artırır. Mən çox şadam ki, siz bu günlərdə ruhdan düşmədiniz və daha da əzmlə çalışaraq böyük nailiyyət əldə etdiniz. Gələcək sizin ağlınızda, zəkanızda və çalışqanlığınızdadır.

Hər birinizi bir daha qalib olmağınız münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram".