Gürcüstan-Türkiyə sərhədində etiraz aksiyası keçirilib


Dünya 01 İyl 2020 14:46:58 392 0

Gürcüstan-Türkiyə sərhədində etiraz aksiyası keçirilib

Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” gömrük-keçid məntəqəsi yaxınlığında etiraz aksiyası keçirilib.

Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” gömrük-keçid məntəqəsi yaxınlığında etiraz aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, etirazçılar sərhədin açılmasını tələb ediblər.

Aksiyada Türkiyədə mövsümi işlərdə çalışan Gürcüstan vətəndaşları iştirak ediblər.

Gürcüstan hökuməti xarici ölkələrdə mövsümi işlərdə işləyən vətəndaşlara 300 lari məbləğində təzminat veriləcəyini bildirib. Aksiyaçılar bu məbləğin yetərli olmadığını bildiriblər.

Qeyd edək ki, Gürcüstan və Türkiyə arasında gediş-gəliş pandemiya səbəbindən martın 15-dən dayandırılıb.