İnsanlar bizim sayəmizdə məhv olurlar
Digərləri 01 İyl 2020 13:51:00 290 0
Son.az xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə Xalidə öz həyat hekayəsini danışıb.
Bu xəbəri də oxu: FHNdən xəbərdarlıq Küləkli havada dənizə girmək təhlükəlidir
Xalidə - Məhkum (Cəzası 11 il): "Bir tanışım var idi, onlara gedib-gəlirdim. Gördüm ki, şəraiti çox yaxşıdır. Soruşdum ki, nə işlə məşğulsan. Dedi ki, narkotik satıram. Mən də bunu qorxulu olub-olmadığını soruşdum. Mənə dedi ki, burda qorxulu heç nə yoxdur.
Sonra mən başa düşdüm ki, sən demə yoldaşımın aldığı maaş bizə bəs edirmiş...
İndi anlayıram ki, heç bir var dövlət, qızıl-brilliant insanın azadlığından qiymətli deyil. Balalarımdan ayrı qalmaq mənə ən böyük cəzadır. O narkotiki bizdən alanlar da bir ananın övladlarıdır, onlar da bizim sayəmizdə məhv olurlar. Heç istəməzdim belə olsun.
Qardaşımın dostu var idi , iranlı. Dedi ki, bir sumka var onu götür, apar təhvil ver, ordan sənə də xeyir qalacaq. Əvvəl qorxdum, dedim tanımadığım adama necə yaxınlaşacam, mənə dedilər ki, narahat olma, sən yaxınlaş, onlar səni tanıyacaqlar. Mən də malı götürdüm, aparıb təhvil verəndə yaxalandım. Sən demə təhvil verdiyim adamlar polis əməkdaşları imiş.
O gündən indiyədək özümü bədbəxt sanıram. Heç bilmirəm bu ad necə təmizlənəcək? Razıyam ki, Allah mənim ömrümdən alsın amma cəzamı azaltsın. Çox tələsirəm, evimə, ailəmə qovuşmaq üçün tələsirəm.
Qadına "Baron", "Bariqa", "Narkoman" kimi sözlər yaraşmır. Uzun müddət narkotik istifadə etməyəndə aludəçilər vəhşi heyvana dönürlər. Nə böyük, nə kiçik başa düşmürlər. Çünki onlar həmin vaxt "lokma"da olurlar. Bunun hamısının səbəbkarı bizlərik. Heç özümə, qadınlarımıza türməyə düşməyi yaraşdırmıram".
Ağsu rayonunda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxsl

1 həftədən çoxdur ki, karantin rejimi tətbiq olunsa da, gündəlik yoluxma

Nazirlər Kabineti “Məhkəmə ekspertinin etik davranış kodeksi”nin təs

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 iyulda gözlənilən hava şərait

Nazirlər Kabineti “Məhkəmə ekspertizasının metodik fondunun yaradılmas

Türkiyədə nişan mərasimində karantin qaydaları pozulub.

Şahdağ Milli Parkının əməkdaşları Milli parkın Qəbələ bölməsinin B

"VI çağırış Milli Məclisin yaz sessiyası, o cümlədən növbədənk

"Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq h

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

Koronavirus pandemiyasının (COVID-19) ölkədə yayılması bir sıra sahələ

Son.az Trend İnformasiya Agentliyinə istinadən рolitoloq Elçin Alıoğlunu

Koronavirusla əlaqədar Polşada 1 923 nəfər xəstəxanaya yerləşdirilib, 7
