Pandemiya çətinliklərinin dəf olunmasında dini icmaların görə biləcəyi işlər müzakirə olunub


Sosial 01 İyl 2020 13:24:59 65 0

Pandemiya çətinliklərinin dəf olunmasında dini icmaların görə biləcəyi işlər müzakirə olunub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin təşkil etdiyi "Zəifləri qorumaq: həmrəyliyə və fəaliyyətə dinlərarası çağrı" mövzusunda vebinar iclasında iştirak edib.

© Report — Qafqaz Müsəlmanları İdarəsi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin təşkil etdiyi "Zəifləri qorumaq: həmrəyliyə və fəaliyyətə dinlərarası çağrı" mövzusunda vebinar iclasında iştirak edib.

Bu barədə "Report"aQMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Məhəmməd Əbu-Nimerin moderatorluğu ilə keçən tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən pandemiya dövründə yaranmış spesifik çətinliklərin cəmiyyətin ən həssas təbəqələrinin həyatında əks olunması və bu çətinliklərin dəf olunmasında dini icmaların görə biləcəyi işlər müzakirə olunub.

İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Xristian-Müsəlman dialoqu üzrə Milli Komitənin baş katibi dr. Mohammad Sammak, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram və başqaları vebinarda çıxış ediblər.

Vurğulayıblar ki, dünya üçün mürəkkəb dövr kimi xarakterizə olunan hazırki dönəmdə risk qrupuna daxil olan, ən çox yardıma ehtiyacı olan təbəqələrin pandemiyanın sosial, iqtisadi təsirlərindən qorunması yönündə real işlər görülməlidir və bu baxımdan, dünyanın müxtəlif ölkələrində müxtəlif dini icmaların təcrübəsindən yararlanmaq zəruridir. Vebinarda təhsil sahəsində yaşanan çətinliklər, dünyanın heç də bütün məntəqələrində texniki vasitələrdən istifadə edərək distant təhsilin əlçatan olmaması, işsizliyin artması səbəbindən yoxsulluğun artması, turizm imkanlarının məhdudlaşmasının iqtisadi fəsadları və s. bu kimi məqamlar gündəmdə olub.

Dünyanın nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in Direktorlar Şurasın üzvü Şeyxülislam Allahşükür Paşazadə videoiclasda çıxış edib. Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını toplantı iştirakçılarına yetirən Şeyxülislam A. Paşazadə vebinar iştirakçılarına məlumat verdi ki, Azərbaycan dövləti pandemiyanın ilk günlərindən ölkə daxilində cəmiyyətin ən müxtəlif təbəqələrinin, o cümlədən, daha həssas cəmiyyət üzvlərinin ehtiyaclarını qarşılamaq üçün mümkün olan bütün tədbirləri həyata keçirir. Azərbaycan höküməti nəzdində fəaliyyət göstərən Operativ qərargah bu işləri yüksək səviyyədə dövlət nəzarəti altında reallaşdırır, lazımi addımları ardıcıl və situasiyaya uyğun tənzimləyir. Bu dövr ərzində dini mərkəz — Qafqaz Müsəlmanları İdarəsi ölkəmizdəki digər dini konfessiyalarla birlikdə COVİD-19 bəlasına qarşı mübarizənin səmərəliliyini artıran bütün lazımi tədbirləri həyata keçirməkdədir.

QMİ və digər dini icmalar Operativ qərargahla yaxından, fəal əməkdaşlıq edərək dini ayin və ibadətlərə dair bütün təlimatları koordinasiyalı şəraitdə ümumi işin mənafeyinə uyğun tərzdə tənzimləyir. Şeyxülislam A. Paşazadə dövlət-din münasibətlərinin yüksək səviyyəsinin göstəricisi olan bu məqamı bütün dünya üçün örnək nümunə kimi dəyərləndirdi. Şeyxülislam A. Paşazadə onu da diqqətə çatdırdı ki, yalnız Azərbaycanın Ermənistan işğalı altında olan 20 faiz ərazilərində pandemiya səbəbindən yaranmış vəziyyəti nəzarətdə saxlaya bilmirik və bu xəstəliyin yayılmasına səbəb olur.

Azərbaycan dövlətinin beynəlxalq müstəvidə insan həmrəyliyi nümayiş etdirərək 30-dan artıq dövlətə humanitar yardım göstərdiyini, bu yöndə işlərin davam etdirildiyini bildirib. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin hər zaman olduğu kimi qlobal təşəbbüslərini davam etdirərək pandemiya dövrünün əvvəlindən bir sıra platformalarda beynəlxalq əməkdaşlıq nümunəsi göstərdiyini, bu yaxınlarda isə BMT Baş Assambleyasının COVİD-19 problemi ilə bağlı xüsusi iclasının çağırılması barədə təşəbbüs irəli sürdüyünü diqqətə çatdırıb. Ermənistandan başqa bütün dövlətlərin razılıq verdiyi bu təşəbbüs, heç şübhəsiz ki, dünya miqyasında pandemiyanın və onun fəsadlarının aradan qaldırılması yolunda mühüm və əhəmiyyətli addım olacaq.

QMİ sədri rəhbərlik etdiyi Beynəlxalq Bakı Dinlər və Sivilizasiyalar arası Əməkdaşlıq Mərkəzi, MDB Müsəlmanları Məşvərət Şurası xətti ilə keçirdiyi onlayn iclaslar barədə, habelə iyul ayında Qafqaz Xalqları Ali dini Şurasının üzvləri ilə bu mövzuda baş tutacaq videokonfrans barədə məlumat verdi. Şeyxülislam A. Paşazadə dualar etdi ki, Uca Yaradan bütün dünyanın salamatlığını, ümumi bəladan xilas olmağımızı bizlərə nəsib etsin. QMİ sədri pandemiya dövründə Yer üzündə münaqişələrin dayandırılmasını, qarşıdurma və nifrət çağırışlarının qarşısının alınmasının, humanitar yardımlaşma əvəzində siyasi məqsədlərlə sanksiya tətbiqinin aradan qaldırılmasının xüsusən zəruri olduğunu vurğulayıb.

Şeyxülislam A. Paşazadənin çıxışı və verdiyi təkliflər moderator və vebinar iştirakçıları tərəfindən dəstəkləndi. Daha sonra vebinarın ünvanına daxil olmuş suallar cavablandırılıb.

Pandemiyadan zərər çəkən sahibkarlar dövlət zəmanətli krediti necə əldə edə bilər? like
  • 01 İyl 13:21  
İqtisadiyyat Pandemiyadan zərər çəkən sahibkarlar dövlət zəmanətli krediti necə əldə edə bilər?

Koronavirus pandemiyasının (COVID-19) ölkədə yayılması bir sıra sahələ

arrow Ətraflı
Radikal müxalifət vicdana və xalqa qarşı çıxır  "Politşou" təqdim edir like
  • 01 İyl 13:21  
Siyasət Radikal müxalifət vicdana və xalqa qarşı çıxır "Politşou" təqdim edir

Son.az Trend İnformasiya Agentliyinə istinadən рolitoloq Elçin Alıoğlunu

arrow Ətraflı
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var like
  • 01 İyl 13:18  
Dünya ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var

arrow Ətraflı
Polşada koronavirusdan ölənlərin sayı 1 500 nəfərə çatır like
  • 01 İyl 13:17  
Dünya Polşada koronavirusdan ölənlərin sayı 1 500 nəfərə çatır

Koronavirusla əlaqədar Polşada 1 923 nəfər xəstəxanaya yerləşdirilib, 7

arrow Ətraflı
Azərbaycan Fələstinə 300 min dollar yardım ayırıb like
  • 01 İyl 13:15  
Siyasət Azərbaycan Fələstinə 300 min dollar yardım ayırıb

Fələstində koronavirus pandemiyası ilə (COVID-19) mübarizənin aparılmas

arrow Ətraflı
Metsamor AES-in fəaliyyəti dayandırıldı like
  • 01 İyl 13:14  
Dünya Metsamor AES-in fəaliyyəti dayandırıldı

Ermənistan Atom Elektrik Stansiyası plan-xəbərdarlıq tədbirlərinin görü

arrow Ətraflı
Yol qəzalarında 3 nəfər öldü like
  • 01 İyl 13:13  
Sosial Yol qəzalarında 3 nəfər öldü

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
"Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı" like
  • 01 İyl 13:09  
Siyasət "Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı"

"Cənab prezident son 10 il ərzində deyə bilərik ki, turizmi prioritet

arrow Ətraflı
Yexlax sakinindən narkotik götürüldü like
  • 01 İyl 13:08  
Sosial Yexlax sakinindən narkotik götürüldü

Yexlax rayon sakinində narkotik vasitə aşkarlanılıb.

arrow Ətraflı
Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanıldı like
  • 01 İyl 13:04  
Sosial Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanıldı

İyunun 19-du saat 13 radələrində Nizami (Gəncə) rayonunun Yeni Gəncə qə

arrow Ətraflı
Avtobusda maskadan istifadə etməyənlər cərimələnib like
  • 01 İyl 13:03  
Digərləri Avtobusda maskadan istifadə etməyənlər cərimələnib

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan

arrow Ətraflı
ARDNF valyuta satışını kəskin artırıb like
  • 01 İyl 13:02  
İqtisadiyyat ARDNF valyuta satışını kəskin artırıb

ARDNF valyuta satışını kəskin artırıb

arrow Ətraflı
“Kapital Bank” sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir like
  • 01 İyl 13:00  
İqtisadiyyat “Kapital Bank” sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir

“Kapital Bank” ASC evi olmayanlara və mənzilini yeniləmək istəyənlər

arrow Ətraflı
Bakıda evdən 23 min manatlıq oğurluq edildi like
  • 01 İyl 12:59  
Sosial Bakıda evdən 23 min manatlıq oğurluq edildi

Bakıda evdə oğurluq hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş bahalaşıb like
  • 01 İyl 12:57  
Digərləri Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

arrow Ətraflı