Pərvin Kərimzadə: Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verən ölkə kimi tanınır


Siyasət 01 İyl 2020 13:27:00 64 0

Pərvin Kərimzadə: Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verən ölkə kimi tanınır

"Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı yeni çağırışlarları, təşəbbüsləri, əməli addımları bütün dünyada yüksək qiymətləndirilir və dəstəklənir".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkli qeyd edib ki, daim müasir dövrün çağırışlarına uyğun istər daxili, istərsə də xarici arenada strateji uğurları durmadan artıran Azərbaycan yer kürəsinə qara kabus kimi çökən pandemiya ilə mübarizədə bəşəri ideyalara sadiqliyini bir daha göstərdi. Dünya müharibəsi ilə müqayisə olunan COVID-19-la mübarizədə qlobal həmrəyliyə böyük ehtiyac olduğu bir vaxtda Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizənin beynəlxalq təşkilatlar səviyyəsində aparılmasının vacibliyini gündəmə gətirdi.

Dünyada ilk dəfə olaraq Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə dövlət və hökumət başçılarının dünyanı bürüyən bəladan çıxışyollarını müzakirə etmək və həll yollarının tapmaq üçün mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib.

Özünün xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verən dövlətimizin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirildi. Beynəlxalq təşkilat çərçivəsində, dünya dövlətlərinin başçılarının iştirakı ilə bəşəriyyəti narahat edən COVİD - 19-un fəsadları, onun insanların sağlamlığına və ölkələrin sosial-iqtisadi təhlükəsizliyinə yaratdığı təhdidlər müzakirə edildi.

Tarixi-siyasi əhəmiyyətə malik tədbirin arxasınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də təşkilatın Təmas Qrupunun Zirvə görüşü baş tutdu. Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqı və Afrika İttifaqı kimi beynəlxalq təşkilatların nümayəndələri də iştirak etdiyi tədbirdə pandemiyaya qarşı mübarizədə dünya ölkələri arasında əməkdaşlıq məsələsi müzakirə olundu. Prezident İlham Əliyev bu mötəbər tədbirdə çıxış edərək, pandemiya ilə mübarizədə qlobal həmrəyliyin yaradılması üçün BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifini irəli sürdü.

Dünyanın 130-dək dövlətinin yüksək səviyyədə Prezident İlham Əliyevin təşəbbüsünü yekdilliklə dəstəkləməsi isə beynəlxalq birliyin Azərbaycana, onun rəhbərinə olan böyük etimad və inam göstərməsindən irəli gəlir. Ölkə Prezidentinin təşəbbüsü Azərbaycan dövlətinin ev sahibliyi etdiyi böyük bir təşkilatda qazandığı növbəti uğur oldu. Eyni zamanda dövlət başçısının bu siyasi addımı onun yüksək liderlik qabiliyyətinə malik olmasını bir daha nümayiş etdirdi.

Azərbaycan dövlətinin qlobal problemə çevrilən qorxunc virusa qarşı mübarizə tədbirlərində həmrəylik təşəbbüsündən narahat olan yeganə dövlət - mənfur qonşularımız oldu. Həmişə olduğu kimi, bu dəfə də mənfur qonşularımız öz məkrli siyasətindən, xudbin niyyətindən əl çəkmədi. Ermənistan Azərbaycana qarşı qərəzli mövqedə olduğunu bir daha göstərdi. Qoşulmama Hərakatı Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyanAzərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən təşkilat olduğunu nəzərə alsaq Ermənistanın bu reaksiyası gözlənilən idi. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.

Sözsüz ki, pandemiya əbədi deyil, tədricən zəifləyəcək, aradan çıxacaq. Dünya ölkələri bu amansız bəlaya qarşı həmrəy olmaqla, güclərini birləşdirməklə qalib gələcəklər. Azərbaycan dövləti dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməkdə və həll yollarının tapılmasında öz töhfəsini verən dövlət kimi tarixdə qalacaq.

Pandemiya çətinliklərinin dəf olunmasında dini icmaların görə biləcəyi işlər müzakirə olunub like
  • 01 İyl 13:24  
Sosial Pandemiya çətinliklərinin dəf olunmasında dini icmaların görə biləcəyi işlər müzakirə olunub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

arrow Ətraflı
Pandemiyadan zərər çəkən sahibkarlar dövlət zəmanətli krediti necə əldə edə bilər? like
  • 01 İyl 13:21  
İqtisadiyyat Pandemiyadan zərər çəkən sahibkarlar dövlət zəmanətli krediti necə əldə edə bilər?

Koronavirus pandemiyasının (COVID-19) ölkədə yayılması bir sıra sahələ

arrow Ətraflı
Radikal müxalifət vicdana və xalqa qarşı çıxır  "Politşou" təqdim edir like
  • 01 İyl 13:21  
Siyasət Radikal müxalifət vicdana və xalqa qarşı çıxır "Politşou" təqdim edir

Son.az Trend İnformasiya Agentliyinə istinadən рolitoloq Elçin Alıoğlunu

arrow Ətraflı
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var like
  • 01 İyl 13:18  
Dünya ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var

arrow Ətraflı
Polşada koronavirusdan ölənlərin sayı 1 500 nəfərə çatır like
  • 01 İyl 13:17  
Dünya Polşada koronavirusdan ölənlərin sayı 1 500 nəfərə çatır

Koronavirusla əlaqədar Polşada 1 923 nəfər xəstəxanaya yerləşdirilib, 7

arrow Ətraflı
Azərbaycan Fələstinə 300 min dollar yardım ayırıb like
  • 01 İyl 13:15  
Siyasət Azərbaycan Fələstinə 300 min dollar yardım ayırıb

Fələstində koronavirus pandemiyası ilə (COVID-19) mübarizənin aparılmas

arrow Ətraflı
Metsamor AES-in fəaliyyəti dayandırıldı like
  • 01 İyl 13:14  
Dünya Metsamor AES-in fəaliyyəti dayandırıldı

Ermənistan Atom Elektrik Stansiyası plan-xəbərdarlıq tədbirlərinin görü

arrow Ətraflı
Yol qəzalarında 3 nəfər öldü like
  • 01 İyl 13:13  
Sosial Yol qəzalarında 3 nəfər öldü

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
"Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı" like
  • 01 İyl 13:09  
Siyasət "Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı"

"Cənab prezident son 10 il ərzində deyə bilərik ki, turizmi prioritet

arrow Ətraflı
Yexlax sakinindən narkotik götürüldü like
  • 01 İyl 13:08  
Sosial Yexlax sakinindən narkotik götürüldü

Yexlax rayon sakinində narkotik vasitə aşkarlanılıb.

arrow Ətraflı
Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanıldı like
  • 01 İyl 13:04  
Sosial Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanıldı

İyunun 19-du saat 13 radələrində Nizami (Gəncə) rayonunun Yeni Gəncə qə

arrow Ətraflı
Avtobusda maskadan istifadə etməyənlər cərimələnib like
  • 01 İyl 13:03  
Digərləri Avtobusda maskadan istifadə etməyənlər cərimələnib

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan

arrow Ətraflı
ARDNF valyuta satışını kəskin artırıb like
  • 01 İyl 13:02  
İqtisadiyyat ARDNF valyuta satışını kəskin artırıb

ARDNF valyuta satışını kəskin artırıb

arrow Ətraflı
“Kapital Bank” sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir like
  • 01 İyl 13:00  
İqtisadiyyat “Kapital Bank” sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir

“Kapital Bank” ASC evi olmayanlara və mənzilini yeniləmək istəyənlər

arrow Ətraflı
Bakıda evdən 23 min manatlıq oğurluq edildi like
  • 01 İyl 12:59  
Sosial Bakıda evdən 23 min manatlıq oğurluq edildi

Bakıda evdə oğurluq hadisəsi baş verib.

arrow Ətraflı