Arzu Nağıyev: Milli Məclis yaz sessiyasında öz hədəfinə çatdı


Siyasət 01 İyl 2020 13:30:00 59 0

Arzu Nağıyev: Milli Məclis yaz sessiyasında öz hədəfinə çatdı

"VI çağırış Milli Məclisin yaz sessiyası, o cümlədən növbədənkənar sessiyası artıq öz işini başa çatdırıb. VI çağırış Milli Məclis fəaliyyət göstərdiyi vaxt ərzində ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasının daha da möhkəmləndirilməsi istiqamətində çox mühüm addımlar atdı, bir çox qanun və qərarlar qəbul etdi".

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, bundan əlavə Milli Məclis beynəlxalq əlaqələrin inkişafı sahəsində çox mühüm işlər gördü:

"Pandemiya dövrünü nəzərə alaraq xaricdəki həmkarlarımızla videokonfrans formatında bir çox görüşlər keçirildi. Həm Milli Məclisin yaz sessiyasında, həm də növbədənkənar sessiyada görülmüş işlərin gələn sessiyaların da işinə müsbət təsir edəcəyini əminliklə qeyd etmək olar. Bu dövr ərzində müasir standartlara uyğun çoxsaylı qanun layihələri hazırlandı. Eyni zamanda Azərbaycan parlamentində qanun yaratma və qanunvericilik fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində çox mühüm işlər görüldü".

Deputat vurğulayıb ki, Milli Məclisdə struktur dəyişiklikləri, yeni şöbələrin yaradılması, deputatların yerli strukturlarla işinin təşkili, karantin rejiminə uyğun olaraq deputatların tibbi təhlükəsizliyi, onlardan koronavirus testlərinin götürülməsi, o cümlədən parlament üzvlərinin öz seçiciləri ilə onlayn görüşməsi, məktub və müraciətlərə operativ cavab verilməsi üçün parlament rəhbərliyi tərəfindən şəraitin yaradılması çox mühüm addımlardır:

"Milli Məclisdə işlər yenidən quruldu. Burada hörmətli spiker Sahibə Qafarovanın zəhməti birmənalı olaraq böyükdür. Eyni zamanda komitə rəhbərləri və deputatlar çox mühüm işlər gördülər. Baxmayaraq ki, pandemiya dövrüdür, struktur dəyişikliklərinin həyata keçirilməsi, dövlətin siyasi və iqtisadi islahatlarının davamı olaraq qanunvericilik sahəsində də aparılan islahatlar yaz sessiyasında öz hədəfinə çatdı".

Sabah yağış yağacaq like
  • 01 İyl 13:27  
Sosial Sabah yağış yağacaq

2 iyulda gözlənilən hava şəraiti

arrow Ətraflı
Pandemiya çətinliklərinin dəf olunmasında dini icmaların görə biləcəyi işlər müzakirə olunub like
  • 01 İyl 13:24  
Sosial Pandemiya çətinliklərinin dəf olunmasında dini icmaların görə biləcəyi işlər müzakirə olunub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Pa

arrow Ətraflı
Pandemiyadan zərər çəkən sahibkarlar dövlət zəmanətli krediti necə əldə edə bilər? like
  • 01 İyl 13:21  
İqtisadiyyat Pandemiyadan zərər çəkən sahibkarlar dövlət zəmanətli krediti necə əldə edə bilər?

Koronavirus pandemiyasının (COVID-19) ölkədə yayılması bir sıra sahələ

arrow Ətraflı
Radikal müxalifət vicdana və xalqa qarşı çıxır  "Politşou" təqdim edir like
  • 01 İyl 13:21  
Siyasət Radikal müxalifət vicdana və xalqa qarşı çıxır "Politşou" təqdim edir

Son.az Trend İnformasiya Agentliyinə istinadən рolitoloq Elçin Alıoğlunu

arrow Ətraflı
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var like
  • 01 İyl 13:18  
Dünya ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var

ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ölən var

arrow Ətraflı
Polşada koronavirusdan ölənlərin sayı 1 500 nəfərə çatır like
  • 01 İyl 13:17  
Dünya Polşada koronavirusdan ölənlərin sayı 1 500 nəfərə çatır

Koronavirusla əlaqədar Polşada 1 923 nəfər xəstəxanaya yerləşdirilib, 7

arrow Ətraflı
Azərbaycan Fələstinə 300 min dollar yardım ayırıb like
  • 01 İyl 13:15  
Siyasət Azərbaycan Fələstinə 300 min dollar yardım ayırıb

Fələstində koronavirus pandemiyası ilə (COVID-19) mübarizənin aparılmas

arrow Ətraflı
Metsamor AES-in fəaliyyəti dayandırıldı like
  • 01 İyl 13:14  
Dünya Metsamor AES-in fəaliyyəti dayandırıldı

Ermənistan Atom Elektrik Stansiyası plan-xəbərdarlıq tədbirlərinin görü

arrow Ətraflı
Yol qəzalarında 3 nəfər öldü like
  • 01 İyl 13:13  
Sosial Yol qəzalarında 3 nəfər öldü

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
"Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı" like
  • 01 İyl 13:09  
Siyasət "Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı"

"Cənab prezident son 10 il ərzində deyə bilərik ki, turizmi prioritet

arrow Ətraflı
Yexlax sakinindən narkotik götürüldü like
  • 01 İyl 13:08  
Sosial Yexlax sakinindən narkotik götürüldü

Yexlax rayon sakinində narkotik vasitə aşkarlanılıb.

arrow Ətraflı
Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanıldı like
  • 01 İyl 13:04  
Sosial Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanıldı

İyunun 19-du saat 13 radələrində Nizami (Gəncə) rayonunun Yeni Gəncə qə

arrow Ətraflı
Avtobusda maskadan istifadə etməyənlər cərimələnib like
  • 01 İyl 13:03  
Digərləri Avtobusda maskadan istifadə etməyənlər cərimələnib

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan

arrow Ətraflı
ARDNF valyuta satışını kəskin artırıb like
  • 01 İyl 13:02  
İqtisadiyyat ARDNF valyuta satışını kəskin artırıb

ARDNF valyuta satışını kəskin artırıb

arrow Ətraflı