Polşada koronavirusdan ölənlərin sayı 1 500 nəfərə çatır


Dünya 01 İyl 2020 13:17:18 333 0

Polşada koronavirusdan ölənlərin sayı 1 500 nəfərə çatır

Koronavirusla əlaqədar Polşada 1 923 nəfər xəstəxanaya yerləşdirilib, 78 nəfər süni tənəffüs aparatına qoşulub, 83 933 nəfər karantindədir, 21 791 nəfər sağalıb

Polşada son sutka ərzində 382 yeni növ koronavirusa yolxma halı aşkar edilib. Bununla da ölkədə ümumi yoluxma sayı 34 775-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutkada həmçinin 14 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 1 477 nəfər olub.

Qeyd edək ki, Polşada ilk koronavirusa yolxuma hadisəsi martın 4-də Almaniyadan gələn kişidə aşkarlanıb. O, müalicənin üçüncü həftəsində tam sağalaraq xəstəxanadan evə buraxılıb.

Son məlumatlara görə, koronavirusla əlaqədar Polşada 1 923 nəfər xəstəxanaya yerləşdirilib, 78 nəfər süni tənəffüs aparatına qoşulub, 83 933 nəfər karantindədir, 21 791 nəfər sağalıb.