"Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı"


Siyasət 01 İyl 2020 13:09:00 43 0

"Azərbaycan nümunəvi ölkələr siyahısında yer aldı"

"Cənab prezident son 10 il ərzində deyə bilərik ki, turizmi prioritet elan edib və öz diqqətində saxlayır. Bu istiqamətdə də çox böyük işlər görülüb". 

Bunu Son.az-a açıqlamasında turizm eksperti Ruslan Quliyev ötən gün Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə Prezident İlham Əliyev arasında keçirilən videokonfransı şərh edərkən deyib.

O bildirib ki, dünənki videokonfrans da bir daha göstərdi ki, ölkə rəhbərliyi bilavasitə turizmi diqqət mərkəzində saxlayır, turizmçilərin yanındadır:

"Prezident 2016-cı ildən başlayaraq silsilə fərmanlar, strateji yol xəritələrinin təsdiqi və s. qərarları ilə turizmin ən çox prioritet istiqamət və starteji əhəmiyyətli, Azərbaycan üçün labüd və zəruri olan bir sahə kimi qiymətləndirib. Əlbəttə, dünənki videokonfrans da bir daha göstərdi ki, ölkə rəhbərliyi bilavasitə turizmi diqqət mərkəzində saxlayır, turizmçilərin yanındadır. Həqiqətən də Prezident İlham Əliyevin elə 19 mart tarixindəki fərmanı, ondan sonra imzaladığı silsilə fərmanlar, kompensasiyalarla bağlı müxtəlif təşviq siyasətinin həyata keçirilməsi, kreditləmşə ilə bağlı tədbirlər planında 1.8-ci maddəsində də daxili turizmin inkişafı məsələsi gündəmdədir. Bu fərmanlar belə bir dönəmdə sahibkarlıq subyektlərini özlərini ayaqda tutması üçün çox böyük bir dəstək oldu. Bu il əsas məsələ təhlükəsizlik məsələsidir. İlkin etapda Azərbaycan çox böyük bir təcrübəyə imza atdı. Yardım alan ölkə deyil, yardım verən ölkə siyahısında və nümunəvi ölkələr siyahısında yer aldı. ÜST-ün açıqlamalarında da bu öz əksini tapır".

Ekspert pandemiya dövründə ilkin etapda daxili turizmin, regional turizmin inkişaf etdirilməsini vacib məsələ hesab edib:

"Bir faktı da qeyd etmək lazımdır ki, bu gün postpandemiya dövründə turizmdən danışırıq. İlkin etapda daxili turizmin və regional turizmin inkişaf etdirilməsi vacib məsələdir. Pandemiya zəiflədikcə sərhədlər açılacaq və sonrakı etapda da qonşu dövlətlərə səyahətlər təşkil olunacaq. Hər bir halda biz postpandemiya dövrünə hazırlaşmalıyıq. Yeni proqramların işlənib hazırlanması, yeni çalarlarda həyata keçirilməlidir. 

Daxili turizmin inkişafını şərtləndirən amillər nədir?

1. Daxili turizmin inkişafı ilə bağlı dövlətin antiinhisar fəaliyyətlərinin genişləndirilməsi. 2. Daxili turizm sahəsində yerli mütəxəssislərin təcrübəsinin o qədər də qənaətbəxş olmaması ilə əlaqədar, bütün turizmə aidiyyəti olan təhsil müəssisələrində və xüsusi turizm treninq proqramlarında yeni modulların tətbiqi 3. Şəfaflığın, hesabatlılığın, moritorinqlərin təmin olunması üçün ictimai şuraların yaradılması 4. Daxili və gəlmə turizmin inkişafına dəstək məqsədi ilə Turizmə Dəstək Təşviq Fondunun yaradılması

5. Bölgələrdə fəaliyyət göstərən turizm təsisatlarına differensial verginin tətbiq olunması

İnanırıq ki, postpandemiya dövründə yeni bir mərhələnin başlanğıcı olacaq. Hər şey əvvəlki kimi təbii ki, olmayacaq. Burada səhman standartlarının tətbiq olunması, Azərbaycan turizm bazarının daha rəqabətqabiliyyətli olması üçün təhlükəsizlik dəhlizlərinin yaradılması, daxili turizmin şaxəli inkişafı - bura sağlamlıq turizmi, aqro və eko turizm imkanlarının dəyərləndirilməsi çox vacibdir. Qlobal hal alan COVİD-19 virusu dünya həyatını, iqtisadiyyatını böyük bir təhdid altında saxlayır və təbii ki, turizm iqtisadiyyatına da bunun təsirləri həddindən artıq çoxdur. Demək olar ki, koronavirus turizmi sıfır halına gətirib çıxarıb. Lakin cənab Prezidentin bu videokonfransdakı fikirlərini biz bir proqram xarakterli qəbul edirik. Onun tezislərində də pandemiya dövrünə baxmayaraq bir ümid işığı yandı". 

Təhməz Təkin Son.az

Yexlax sakinindən narkotik götürüldü like
  • 01 İyl 13:08  
Sosial Yexlax sakinindən narkotik götürüldü

Yexlax rayon sakinində narkotik vasitə aşkarlanılıb.

arrow Ətraflı
Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanıldı like
  • 01 İyl 13:04  
Sosial Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanıldı

İyunun 19-du saat 13 radələrində Nizami (Gəncə) rayonunun Yeni Gəncə qə

arrow Ətraflı
Avtobusda maskadan istifadə etməyənlər cərimələnib like
  • 01 İyl 13:03  
Digərləri Avtobusda maskadan istifadə etməyənlər cərimələnib

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan

arrow Ətraflı
ARDNF valyuta satışını kəskin artırıb like
  • 01 İyl 13:02  
İqtisadiyyat ARDNF valyuta satışını kəskin artırıb

ARDNF valyuta satışını kəskin artırıb

arrow Ətraflı
“Kapital Bank” sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir like
  • 01 İyl 13:00  
İqtisadiyyat “Kapital Bank” sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir

“Kapital Bank” ASC evi olmayanlara və mənzilini yeniləmək istəyənlər

arrow Ətraflı
Bakıda evdən 23 min manatlıq oğurluq edildi like
  • 01 İyl 12:59  
Sosial Bakıda evdən 23 min manatlıq oğurluq edildi

Bakıda evdə oğurluq hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş bahalaşıb like
  • 01 İyl 12:57  
Digərləri Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

arrow Ətraflı
Dünya Bankı Gürcüstana əlavə 45 milyon avro yardım edəcək like
  • 01 İyl 12:53  
Dünya Dünya Bankı Gürcüstana əlavə 45 milyon avro yardım edəcək

Dünya Bankı (DB) Gürcüstana əlavə olaraq 45 milyon avro məbləğində mal

arrow Ətraflı
Azərbaycan fələstinli qaçqınlar üçün yardım ayırıb like
  • 01 İyl 12:50  
Siyasət Azərbaycan fələstinli qaçqınlar üçün yardım ayırıb

Fələstində koronavirus pandemiyası ilə (COVID-19) mübarizənin aparılmas

arrow Ətraflı
ƏƏSMN: Bu, sosial müdafiədə inzibati idarəçilikdən  əhaliyə xidmət modelinə keçiddir like
  • 01 İyl 12:49  
Sosial ƏƏSMN: Bu, sosial müdafiədə inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçiddir

​Yeni publik hüquqi şəxslər: sosial müdafiədə inzibati idarəçilikdən

arrow Ətraflı
Oxu.Az-ın 7 yaşı tamam oldu like
  • 01 İyl 12:46  
Sosial Oxu.Az-ın 7 yaşı tamam oldu

Bu gün Oxu.Az xəbər portalının yaranma günüdür.

arrow Ətraflı
Xaçmaz rayonunda silahsursat aşkar olunub like
  • 01 İyl 12:45  
Digərləri Xaçmaz rayonunda silahsursat aşkar olunub

Xaçmaz rayonunda silah-sursat aşkar olunub.

arrow Ətraflı
Qazaxda maskadan istifadə etməyənlər cərimələndi like
  • 01 İyl 12:43  
Sosial Qazaxda maskadan istifadə etməyənlər cərimələndi

Qazaxda ictimai nəqliyyatda karantin qaydalarını pozan şəxslər inzibati m

arrow Ətraflı
Türkiyədə qayıq batıb, 60 nəfər itkin düşüb like
  • 01 İyl 12:39  
Dünya Türkiyədə qayıq batıb, 60 nəfər itkin düşüb

Türkiyənin Van gölündə qanunsuz miqrantları daşıyan qayıq batıb.

arrow Ətraflı