“Kapital Bank” sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir


İqtisadiyyat 01 İyl 2020 13:00:00 712 0

“Kapital Bank” sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir

“Kapital Bank” ASC evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir

“Kapital Bank” ASC evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir. Müştərilər gəlirlərinin rəsmi və yaxud qeyri-rəsmi olmasından asılı olmayaraq Bankın öz vəsaiti hesabına 30 min manatdan 250 min manata qədər verilən ipoteka kreditlərindən bəhrələnə bilərlər. “Kapital Bank”la tərəfdaş olan tikinti şirkətləri ilə əldə ediləcək mənzillər üzrə kredit məbləği 500 000 manata kimi artırıla bilər.

Kreditin müddəti 36 aydan 120 aya qədər dəyişir, kampaniya çərçivəsində illik faiz dərəcəsi 10%-dən başlayaraq müəyyən olunur. Kampaniya 30 sentyabr 2020-ci il tarixinə qədər davam edəcək.

Minimal ilkin ödəniş müştərinin gəlirlərindən asılı olaraq 15% - 50% arasında dəyişir. İpoteka krediti verildikdə həm əmlak, həm də həyat sığortasının olması zəruridir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.