XİN: Ermənistana yaxşı bəllidir ki, Qarabağ xalqı adlı anlayış mövcud deyil


Siyasət 01 İyl 2020 12:35:15 54 0

XİN: Ermənistana yaxşı bəllidir ki, Qarabağ xalqı adlı anlayış mövcud deyil

"ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 30 iyun tarixində keçirilən videokonfrans formatında görüşü ilə bağlı AR XİN-in rəsmi açıqlaması yayıldı. Qeyd etdiyimiz kimi, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərin

© Report — Xarici İşlər Nazirliyi

"ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin 30 iyun tarixində keçirilən videokonfrans formatında görüşü ilə bağlı AR XİN-in rəsmi açıqlaması yayıldı. Qeyd etdiyimiz kimi, görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyəti, o cümlədən həyata keçirilən infrastruktur dəyişiklikləri məsələsini qaldırdı. Nazir, həmçinin məhz Ermənistanın təxribatçı əməllərinin ritorikanın alovlanmasına xidmət etdiyini vurğuladı".

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib.

"Ermənistan XİN-in görüşlə bağlı yaydığı açıqlama işğalçı ölkənin ənənəvi olaraq sərgilədiyi tamamilə əsassız mövqeyi növbəti dəfə təkrarlayır. Aydındır ki, bölgədəki gərginliyin, ritorikanın, qarşıdurmanın, düşmənçiliyin kökündə Ermənistanın təcavüzkar siyasəti, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlaması və bu ərazilərdəki çoxsaylı yerli azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirməsi durur. Əhalini sülhə hazırlamaq öhdəliyindən danışan Ermənistan, bu öhdəliyinə əməl edərək işğalçı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarmalı və məcburi köçkünlərin öz evlərinə geri dönməsinə maneə yaratmamalıdır.

O ki, qaldı Ermənistan XİN-in istinad etdiyi Qarabağ “xalqı” ifadəsinə, hamıya elə Ermənistanın özünə də çox yaxşı bəllidir ki, Qarabağ xalqı deyə anlayış mövcud deyil. Qarabağda yaşayan ermənilər Azərbaycanın bu bölgəsində yaşayan iki icmadan birini təşkil edir; Qarabağın azərbaycanlı icması Ermənistanın təcavüzü nəticəsində evlərindən didərgin düşüb, məcburi köçkünə çevrilib. Münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi də elə bu insanların pozulmuş fundamental hüquq və azadlıqlarının bərpa edilməsidir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılmasının təmin edilməsidir. Bölgədə davamlı sülh, sabitlik və təhlükəsiliyin təmin olunmasının başqa yolu yoxdur", L.Abdullayeva bildirib.

Azərbaycan Rusiya və Ukraynaya ətirli tütün ixrac edir like
  • 01 İyl 12:33  
Digərləri Azərbaycan Rusiya və Ukraynaya ətirli tütün ixrac edir

Azərbaycan Rusiya və Ukraynaya ətirli tütün ixrac edir.

arrow Ətraflı
Azərbaycanda quraqlıq gözlənilir: like
  • 01 İyl 12:30  
Digərləri Azərbaycanda quraqlıq gözlənilir:

Azərbaycanda bu il iyul-avqust aylarında quraqlığın müşahidə ediləcəyi

arrow Ətraflı
Oman neft ixracını azaldacaq like
  • 01 İyl 12:29  
İqtisadiyyat Oman neft ixracını azaldacaq

Oman neft ixracını ixtisar edəcək

arrow Ətraflı
“Wizz Air” Gürcüstan bazarını tərk edir? like
  • 01 İyl 12:29  
Dünya “Wizz Air” Gürcüstan bazarını tərk edir?

Macarıstanın “Wizz Air” aşağı büdcəli aviaşirkətinin Gürcüstan ba

arrow Ətraflı
Bəxtiyar Əliyev də koronavirusa yoluxub like
  • 01 İyl 12:27  
Digərləri Bəxtiyar Əliyev də koronavirusa yoluxub

Rusiyada "Bahh Tee" ləqəbi ilə populyar olan müğənni Bəxtiyar

arrow Ətraflı
Ali Məhkəmə mirasla bağlı mübahisəli maddəni ictimai müzakirəyə çıxardı like
  • 01 İyl 12:25  
Sosial Ali Məhkəmə mirasla bağlı mübahisəli maddəni ictimai müzakirəyə çıxardı

Ali Məhkəmə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsəd

arrow Ətraflı
Rusiyalı Əməkdar artist vəfat etdi like
  • 01 İyl 12:21  
Dünya Rusiyalı Əməkdar artist vəfat etdi

Rusiyanın əməkdar artisti Viktor Proskurin vəfat edib.

arrow Ətraflı
Türkiyədə qayıq batıb, 6 nəfər ölüb, 50-dən çox insan itkin düşüb like
  • 01 İyl 12:18  
Dünya Türkiyədə qayıq batıb, 6 nəfər ölüb, 50-dən çox insan itkin düşüb

Nazir bildirib ki, hadisə ilə əlqədar 11 nəfər tutulub.

arrow Ətraflı
Karantin rejimi tətbiq olunmayan ölkədə koronavirusdan ölənlərin sayı like
  • 01 İyl 12:15  
Dünya Karantin rejimi tətbiq olunmayan ölkədə koronavirusdan ölənlərin sayı

Koronavirusa yoluxanların sayı 10 milyon yarımı keçib.

arrow Ətraflı
Saatlıda narkotik alverçisi saxlanıldı like
  • 01 İyl 12:06  
Sosial Saatlıda narkotik alverçisi saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotikl

arrow Ətraflı
Ermənistanda koronavirusa yoluxanların sayı like
  • 01 İyl 12:03  
Dünya Ermənistanda koronavirusa yoluxanların sayı

Ermənistanda koronavirusa yoluxanların sayı 26 065 nəfərə çatıb.

arrow Ətraflı
Karantin bitən kimi istirahətə yollandılar like
  • 01 İyl 11:57  
Şou-biznes Karantin bitən kimi istirahətə yollandılar

"Eurovision" iştirakçılarımızdan olan Safurə Əliyeva ailəsi il

arrow Ətraflı
Ukraynada 600-dən çox yeni yoluxma qeydə alınıb like
  • 01 İyl 11:54  
Dünya Ukraynada 600-dən çox yeni yoluxma qeydə alınıb

3 270 uşaqda və 6 765 tibb işçisində virusa yoluxma aşkar edilib

arrow Ətraflı